Təzəgül Ələkbərova - Laçın Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu 
24.02.2024 16:50
Həkim-ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan dəyərli və peşəkar insanlardır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz həmin insanlardan biri də Laçın Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Təzəgül Ələkbərovadır.
 
O, 1972-ci ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1990-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
Təzəgül Ələkbərova 1998-ci ildə Sabunçu rayon 3 nömrəli Klinik Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində həkim, 1999-cu ildə Laçın Rayon Mərkəzi Xəstəxanasında terapevt-həkim kimi fəaliyyət göstərib.
2008-ci ildə Laçın RMX-nın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-2009-cu illərdə ixtisasdəyişmə edərək fəaliyyətini həkim mama-ginekoloq olaraq davam etdirib. 2009-2020-ci illərdə Laçın RMX-nın Doğum şöbəsinin müdiri işləyib. 2020-ci ildən etibarən Laçın Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim mama-ginekoloq kimi fəaliyyətini davam etdirir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır