Eyni anda 5 orqan üzərində cərrahi əməliyyat həyata keçirilib
06.02.2024 10:09
Son dərəcə ağır vəziyyətdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib. 5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb.
 
Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.
 
Bildirilib ki, əvvəllər bir neçə özəl xəstəxanaya müraciət edən və bu üsulda əməliyyatın qeyri-mümkünlüyü bildirilən 1955-ci il təvəllüdlü şəxs hazırda özünü yaxşı hiss edir.
 
Qeyd edək ki, tibb müəssisəsinin II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən mədəaltı vəzin başının xərçəngi diaqnozu qoyulan xəstə üzərində distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub.
 
Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və bir neçə gün zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev