Tədris Cərrahiyyə Klinikasında göz əməliyyatının yeni metodikası tətbiq edilir  
06.02.2024 13:11

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aparılan eksimer cərrahiyyəsində yeni metodun tətbiqinə başlanılıb.

 

Bu barədə Aztibb.az-a Klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov məlumat verib.

 

Q.İsmayılovun sözlərinə görə, dünyada 30 ildən artıqdır ki, görmə qüsurlarının aradan qaldırılması üçün eksimer lazer üsulundan istifadə olunur. Bu müddət ərzində əməliyyatın aparıldığı lazer cihazlarında, həm də proseduran tətbiqi texnikalarında yeniliklər olub. Onlardan biri də eksimer lazer cərrahiyyəsində morya üsuludur:

 

“Eksimer cərrahiyyəsi zamanı buynuz qişanın üzərində kəsik aparılır. Müxtəlif metodikalar məhz kəsiyin hansı üsulla aparılmasından asılıdır. Tətbiq edilən yeni metodika zamanı hər növ korniyada kəsik aparıla bilir.  Hər cür korniyalarda bu kəsiklərin icrası üçün həlqələrimiz (ring) mövcuddur. Əməliyyat zamanı buynuz qişanın şüa sındırmasından asılı olaraq, yastı kornealardan (39-40 kornea) ən dik olanlara (48-50-kornea) kimi kəsiklər aparılır, bu kəsiklərin hər birinə uyğun  olaraq həlqələrdən (rinq)  istifadə olunur. Hazırda bizim klinikada bütün rinqlərin kornea kəsiklərində aparılması mümkündür”.

 

Qeyd edək ki, eksimer lazer əməliyyatlarında PRK üsulu, Xp  (dairəvi kəsiklə fləp qaldırılması), lasik, femto saniyə üsulularından istifadə olunurdu. ATU-nun Tədris Cərrahiyyə Klinikasında tətbiq edilən “morye” isə  flepin qaldırılması üçün ən son metodikadır.

 

Eksimer lazer əməliyyatından  gözün və buynuz qişasının formasından asılı olaraq yaranan sınma qüsurlarını – miopiya, astiqmatizm və hipermetropiyanı müalicə etmək üçün istifadə olunur. Nəticədə xəstələr eynəkdən azad olur. Bu əməliyyat buynuz qişa toxumasının qalınlığının yetərli olan 18- 39 yaş arasındakı xəstələrdə aparıla bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev