Mərkəzi Klinikada stasionar şəraitdə müalicə alan xəstələrin səsvermə hüququnun tam təmin edilməsi məqsədilə seçki məntəqəsi yaradılıb
05.02.2024 16:01
Məlumdur ki, 7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. Hazırda respublikanın hər yerində olduğu kimi, Mərkəzi Klinikada da bu tarixi günə ciddi hazırlıq görülür.
Mərkəzi Klinikadan Aztibb.az-a bildirilib ki, bu məqsədlə keçirilən iclasda baş direktor Həsən Qəndilov xəstəxanada seçkilərə hazırlıq işləri ilə bağlı geniş məlumat verib. Həsən Qəndilov bildirib ki, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə düşəcək bir hadisə olacaq. Bunun da əsas səbəbi 30 ildən sonra ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimizdir.
Baş direktor vurğulayıb ki, Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş kənd və şəhərlərimizdə keçiriləcək. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdartə iştirak edəcək.
"Mərkəzi Klinika kollektivi də bu tarixi hadisənin məsuliyyətini dərk edərək seçki prosesinə çox fəal hazırlaşmışdır," - deyən Həsən Qəndilov qeyd edib ki, xəstəxanada seçki günü stasionar şəraitdə müalicə alan xəstələrin və iş növbəsində olan əməkdaşların səsvermə hüququnun tam təmin edilməsi üçün 43 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının sədri, üzvləri və katibləri, habelə seçkiləri yaxından müşahidə edəcək muşahidəçilər seçki qanunvericiliyinə müvafiq olaraq müəyyən edilib. Məntəqənin fəaliyyəti üçün müvafiq səsvermə otağı ayrılıb, otaq zəruri təşviqat materialları, texniki və metodiki vasitələrlə təmin edilib, məlumatlandırıcı və maarifləndirici lövhələr asılıb. Seçicilərin öz iradələrini azad, şəffaf və gizlin ifadə etmələri üçün seçki kabinələri və qutuları yerləşdirilib.
Həsən Qəndilov xəstəxananın əməkdaşlarını və xəstələri seçki günü səsvermə hüququndan istifadə etməyə və fəal olmağa çağırıb. O, çıxışının sonunda 7 fevralın - milli həmrəyliymizin daha bir təntənəsi olacağına, Azərbaycan xalqının yenə də möhtərəm Prezidentimiz İlham Əliyevə, yəni qalibiyyətə, sabitliyə, tərəqqiyə səs verəcəyinə inandığını əminliklə ifadə edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

