Mərkəzi Seçki Komissiyası tərəfindən Bakı Sağlamlıq Mərkəzində müvəqqəti seçki məntəqəsi yaradılıb
04.02.2024 10:02

Nərimanov rayonu dairə seçki komissiyasının sədri Musa Musayev və dairə üzvləri Bakı Sağlamlıq Mərkəzində müalicə alan xəstələr üçün yaradılan 39 saylı seçki məntəqəsinə baxış keçiriblər.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Qeyd olunub ki, seçkilərdə iştirakın əlçatanlığını artırmaq üçün Bakı Sağlamlıq Mərkəzində müalicə alan seçici xəstələri nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası Bakı Sağlamlıq Mərkəzində müvəqqəti seçki məntəqəsi yaradıb.

 

Bakı Sağlamlıq Mərkəzində yerləşən 39 saylı seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

 

Baxış zamanı seçkilərə hazırlıq prosesi ilə bağlı müzakirələr aparılıb. İcraçı direktor dos. Dr. Asiman Həsənov bütün təşkilati tədbirlərin görüldüyünü və məntəqənin seçki gününə tam hazır olduğunu bildirib.

 

Musa Musayev seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün 39 saylı seçki məntəqəsində yaradılan bu şəraitdən razılığını bildirib.

 

Dos. Asiman Həsənov xalqımızı Prezident seçkilərində aktiv şəkildə səsvermə hüququndan istifadə etməyə və fəal olmağa çağırır. O, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində müasir qüdrətli Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməyin düzgün mövqe olduğunu bildirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev