Gənc bioloq 2024-cü il Gənclər üçün Prezident mükafatına layiq görülüb
02.02.2024 17:05

Prezident İlham Əliyevin Sərəncamı ilə Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər Prezident mükafatları ilə təltif olunublar.

 

Elm sahəsi üzrə bu mükafata AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Gülnar Abdullayeva layiq görülüb.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, 2018-ci ildə MBBİ-də “Molekulyar Biologiya” ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olub. Hazırda Gülnar Abdullayeva Birləşmiş Krallığın Oksford Universitetində tədqiqatlarını tamamlayıb və dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsindədir.

 

Qeyd edək ki, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun artıq 3-cü əməkdaşı bu böyük mükafata layiq görülüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev