Rezidentura təhsilini bitirən həkim-mütəxəssislər xəstəxanalarda işlə təmin olunublar
02.02.2024 16:15

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

 

Bu məlumat Aztibb.az-a Nazirlikdən verilib.


Təyinat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq nazirliyin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb.


Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib.


Təyinat 37 ixtisas, o cümlədən ümumi cərrahiyyə, travmatologiya–ortopediya, mamalıq-ginekologiya və s. üzrə aparılıb. Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerlərinə göndərişində ümumilikdə 226 həkim-mütəxəssis iştirak edib.


Həkim-mütəxəssislər dövlət tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçim edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan, habelə Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrinə göndərişlərlə təmin ediliblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev