ATU rektoru Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib
02.02.2024 15:38

ATU-nun rektoru professor Gəray Gəraybəyli 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib.

 

Aztibb.az rektorun təbrikini sizə təqdim edir:

 

"Bu gün sizin bayramınızdır. Bu əlamətdar tarix gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. 

 

Ulu Öndər Heydər Əliyev  gənclərə qayğı siyasətini daimdövlətin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb. Bu sənədlər sırasında gənclərin sosial problemlərinin həlli, təhsil məsələləri, gənclərin ictimai fəaliyyətinin gücləndirilməsi və digər məsələlər yer alıb. 

 

Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə də xüsusi önəm vermişdi. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirilməkdədir.  Məhz bu siyasətin nəticəsi, dövlət başçısının gənclərə etimadı artıq öz təsdiqini tapıb. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdə məhz vətənpərvər gənclərin böyük rolu oldu. 

 

Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu il biz Gənclər gününü digər əlamətdar bir tarix – 7 fevral prezident seçkiləri ərəfəsində qeyd edirik. Düşünürəm ki, Azərbaycanın müstəqillik tarixində öz sözünü deyəcək bu seçkilərdə gənclər ən fəal iştirakçılar olacaq, dövlətimizin müstəqilliyinə və parlaq gələcəyinə səs verəcəklər.   

 

Hər birinizi Gənclər Günü ilə bağlı təbrik edir, sizə möhkəm cansağlığı, gələcək karyeranızda uğurlar və nailiyyətlər arzulayıram!"

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır