Sumqayıt Perinatal Mərkəzində yüksək risk qrupuna daxil olan hamilədə mürəkkəb əməliyyat həyata keçirilib
31.01.2024 14:16
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzində yüksək risk qrupuna daxil olan hamilədə mürəkkəb əməliyyat həyata keçirilib.
 
Aztibb.az-a Mərkəzdən bildirilib ki, 28 yaşlı qadın 30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsilə Perinatal Mərkəzinə daxil olub. Qadına uşaqlıqda çapıq, cift gəlişi, ciftin həqiqi bitişməsi diaqnozları qoyulub.
 
Pasiyent üzərində qeysəriyyə kəsiyi və subtotal histerektomiya cərrahi əməliyyatını Sumqayıt Tibb Mərkəzinin həkim-cərrahı Elvin Mirzəyev uğurla icra edib.
 
Hazırda zahı qadının vəziyyəti qənaətbəxşdir. Vaxtından əvvəl, hamiləliyin 30-cu həftə müddətində 1 500 qram çəkidə olan uşağın vəziyyəti stabildir, müvafiq kliniki protokollara uyğun olaraq tənəffüs və antibakterial terapiya alır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır