Qəbələ Rayon Mərkəzi Xəstəxanasının cərrahı Esmira Haqverdiyeva - Həkimlərimizi tanıyaq!
20.02.2024 16:49
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-cərrahı Esmira Firdovey qızı Haqverdiyevanı "Həkimlərimizi tanıyaq!" rubrikamızda saytımızın oxucularına təqdim edirik.
 
O, 1986-cı ildə Tbilisi şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2012-2017-ci illərdə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə ixtisası üzrə rezidentura keçib. Bu müddət ərzində çoxsaylı elmi-praktik konfranslarda, o cümlədən XIII Beynəlxalq Cərrahiyyə Konfransında iştirak edib.
 
Esmira Haqverdiyeva 2017-ci ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifəsində çalışır.
 
Qeyd edək ki, o, plastik və rekonstruktiv cərrahiyyə üzrə kurs keçib. Azərbaycan Kolorektal Cərrahiyyə Dərnəyinin üzvüdür.
 
Həkim, həmçinin cərrahiyyənin müxtəlif mövzularına dair 6 tezis, eləcə də Qazaxıstanın "Cərrahiyyə" jurnalında dərc olunmuş 1 məqalənin müəllifidir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər