TƏBİB “Sağlam doğuş” adlı layihəyə start verib
31.10.2020 14:06
Bu gün TƏBİB-in tabeliyində olan tibb müəssisələri  COVID-19 pandemiyası ilə mübarizə aparmaqla bərabər, ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmancasına döyüşərək yaralanmış əsgərlərimizə də yüksək keyfiyyətli tibbi xidmət göstərir.
 
TƏBİB qeyd edir ki, mövcud vəziyyətdə bu qurumun diqqət ayıracağı ən mühüm sahələrdən biri də antenatal xidmətdir: "Dünyanı bürüyən pandemiya və müharibə şəraitində yeni doğulan körpələrin və anaların sağlamlığı bizim üçün prioritetdir. Bu məqsədlə cəbhə boyu bölgələrdə yerləşən riskli hamiləlik ilə qeydə alınan şəxslər üçün "Sağlam doğuş" layihəsinə start verilmişdir".
 
Layihə çərçivəsində cəbhəboyu ərazilərdə yaşayan, hamiləliyinin 38-ci həftəsində olan və riskli hamiləlik keçirən qadınlara müvafiq tibb müəssisələrində xidmətlərin göstərilməsi (riskli hamilələrin tibb müəssisəsində doğuşa qədər və 2 həftə doğuşdan sonra nəzarət altında saxlanılması), hamilələr üçün təlimlərin təşkili, ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, yenidoğulmuşa qulluq, analara psixoloji dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.
 
“Sağlam doğuş” layihəsində iştirak etmək üçün cəbhəyanı rayonlarda yaşayan, riskli hamiləliyi olan şəxslərin TƏBİB-ə müraciət etməsi xahiş olunur.
 
HƏR BİR SAĞLAM UŞAQ SAĞLAM GƏLƏCƏK DEMƏKDİR!
 
Qaynar xətt: 1542
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır