"100 il yaşa!" aksiyasına 184 səhiyyə işçisi və 16 ambulans cəlb edilib - Samiq Sadıxov
30.01.2024 11:18
Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100-cü ildönümünə həsr olunmuş "100 il yaşa!" aksiyasının yekun yığıncağı keçirilib.
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, nazirin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov çıxış edərək aksiya iştirakçılarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. O, Naxçıvanda səhiyyənin inkişafı ilə bağlı islahatların həyata keçirilməsinin əsas prioritetlərindən birinin əhaliyə müasir və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi olduğunu bildirib.
Samiq Sadıxov qeyd edib ki, ötən il səhiyyə sahəsində görülən işlər, aparılan islahatlar, təşkil olunan ardıcıl aksiyalar da məhz bu məqsədə xidmət edirdi. Yeni ilin ilk günlərindən başlayaraq həyata keçirdiyimiz "100 il yaşa!" aksiyası isə öz kütləviliyi ilə digərlərindən fərqləndi: Yanvar ayının 15-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100-cü ildönümünə həsr olunmuş keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə muxtar respublikanın bütün ərazisini əhatə dən “100 il yaşa!” adlı kütləvi-profilaktik tibbi müayinə aksiyasına başladıq. Aksiyada tərkibi terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri olmaqla hər biri 8 nəfərdən ibarət 23 həkim qrupu yaradıldı. İşin səmərəli təşkili üçün aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans cəlb edildi".
Diqqətə çatdırılıb ki, həkim heyəti tərəfindən muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla kütləvi müayinələr aparılıb. Müayinələrlə yanaşı, qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri qeydə alıb. Aksiyada Naxçıvan şəhəri, 7 rayon, 8 qəsəbə, 187 kənddə olmaqla ümumilikdə 5855 həkim müayinəsi, 1163 USM müayinəsi aparılıb, 1629 ümumi qan analizi yoxlanılıb, 692 vətəndaş müraciəti qeydə alınıb.
Sonda bir qrup səhiyyə işçisi aksiyada fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

