Ağciyərindən exinokok kistası çıxarılan azyaşlı sağlamlığına qovuşub  
30.01.2024 10:24
12 yaşlı uşaq sol ağciyərdə böyük ölçülü (14 sm) Exinokokk kistası (qurd kistası) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, xəstədə ürəyin arxasında, böyük damarlarının qonşuluğunda, mediastenə yaxın yerləşmiş böyük ölçülü exinokokk kistası aşkar olunub.
 
Tibb müəssisəsində uşağın müayinələrindən sonra təcili əməliyyata alınması qərarlaşdırılıb. Çətin və riskli hesab edildiyi üçün bir neçə tibb müəssisindən Kliniki Tibbi Mərkəzə göndərilən uşağın əməliyyatı uğurla icra olunub.
 
Uzman uşaq cərrahı Aynur Qurbanovanın iştirakı ilə keçirilən əməliyyatdan sonra hər hansı ağırlaşma müşahidə edilməyib.
 
Əməliyyatın beşinci günündə aparılan müayinələrin müsbət nəticəsindən sonra xəstə tam yaxşılaşma ilə evə buraxılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev