Azərbaycanda uşaqların ətraf mühit sağlamlığının qiymətləndirilməsi ilə bağlı əldə edilmiş nəticələr təqdim olunub
30.01.2024 09:56

"Gənclərin İqlim Danışıqları" Beynəlxalq Forumu iqlim dəyişikliyinə qarşı yönəlmiş nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Forumun əsas məqsədi gəncləri iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə cəlb etmək, onların potensialından istifadə etməkdir.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, forum bu il COP29 tədbiri ərəfəsində Bakı şəhərində keçirilir.

 

Forum 10 ölkəni təmsil edən müxtəlif mənşəli və müxtəlif regionlardan olan gəncləri bir araya gətirən forum təcrübə və perspektiv fəaliyyət planlarınının bölüşülməsi üçün yaradılmış platformadır.

 

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və digər qurumların yüksək vəzifəli nümayəndələri məruzələrlə çıxış ediblər.

 

Azərbaycan Respublikası  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda uşaqların ətraf mühit sağlamlığının qiymətləndirilməsi ilə bağlı əldə edilmiş nəticələrə dair təqdimatla çıxış edib.

 

İ.Əfəndiyevin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar verilib.

 

Beynəlxalq forum öz işini fevral ayının 1-dək davam etdirəcək.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev