Botanika İnstitutunda GİS proqramı üzrə təlim-seminar keçirilib    
30.01.2024 09:23

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Çelyabinsk Dövlət Universitetinin Təbiət və İnsan Problemlərinin Tədqiqi Tədris-Elmi Mərkəzinin elmi işçisi, Ekologiya fakültəsinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının baş müəllimi Anna Plaksinanın təqdimatında təlim-seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, A.L.Plaksina Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri üçün “Coğrafi informasiya sistemlərinin əsasları” mövzusunda çıxış edib.

 

Seminarın nəzəri hissəsində geobotaniki məqsədlər üçün istifadə olunan müasir GİS proqramının tətbiqi, senozların fəza analizinin əsasları və nəticələrin vizuallaşdırılması məsələləri araşdırılıb.

 

Təlimlərdə, həmçinin GİS proqramının əsas iş üsulları, rastr və vektor məlumatlarının botaniki tədqiqatlarda tətbiqi, sahə tədqiqatları əsasında faktiki material xəritələrinin və tematik xəritələrin yaradılması üzrə tədris olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır