Travmatoloq: "Oynaq ağrıları adətən oynaq mayesinin azalması və ya qığırdaqların zəifləməsi səbəbindən baş verir"
29.01.2024 10:49
Oynaq ağrısı özü bir simptomdur və hansısa xəstəliyin fonunda yaranır.
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının travmatoloq-ortoped Vüsal Məmmədov oynaq ağrısının səbəblərdən bəhs edərkən bildirib. Həkim qeyd edib ki, ilk növbədə travmadan sonra yaranan ağrılar, revmatik xəstəliklərin fonunda və infeksion xəstəlikləri zamanı, eləcə də yaşla əlaqədar osteoartrit və asteoartroz zamanı yaranan oynaq ağrılarını qeyd etmək olar. Həmin ağrılar xəstənin normal hərəkətini məhdudlaşdırır.
Travmatoloq qeyd edib ki, oynaq ağrısı oynaqları əhatə edən qığırdaq, bağ, əzələ və vətər kimi strukturlarda ağrı və yanma hissi olaraq təyin olunur. Yaş artdıqca çoxalan oynaq ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Oynaq ağrıları adətən oynaq mayesinin azalması və ya qığırdaqların zəifləməsi səbəbindən baş verir. Bundan əlavə, müxtəlif sümük xəstəlikləri, oynaq iltihabı, artıq çəki, zədələr və travmalar, hipotiroidizm, fibromiyalgiya,lupus kimi xəstəliklər də oynaqların zədələnməsinə və bu səbəblə də ağrılara yol aça bilər.
"Oynaq ağrıları arasında çiyin nahiyəsini əhatə edən ağrılar ən başda gəlir. Çiyin nahiyəsindən əlavə omba və diz bölgəsi ilə birlikdə digər oynaqları əhatə edən şiddətli ağrılar da oynaq ağrılarındandır. Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək, çoxlu maye qəbul etmək, bədən çəkisinə diqqət etmək lazımdır", - deyə Vüsal Məmmədov bildirib.
Həkim oynaq ağrılarının əlamətlərini sadalayıb:
Oynaqlarda ödəm və şişliyin meydana gəlməsi,
Oynaq dəri nahiyəsində qızartının əmələ gəlməsi (infeksion proses varsa),
Oynaq ağrıları səbəbi ilə xəstənin hərəkətlərinin məhdudlaşması,
Ağrı səbəbi ilə yerişin pozulmasının müşahidəsi və s.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

