Xoşagəlməz ağız iyinin səbəbləri nədir?
27.01.2024 16:52

Xoşagəlməz ağız iyinin səbəblərinin 85%-ini ağız boşluğundakı problemlər təşkil edir. Bunun da böyük qisminə diş, diş daşları, diş əti və damaq xəstəkiləri aiddir.

 

Bu barədə  Aztibb.az-a məlumat verən Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Şəbnəm Topbaştekin bildirib ki, dişləri düzgün fırçalamadıqda və fırça ilə yanaşı diş sapı istifadə etmədikdə dişlərin arasında qalan yemək artıqları bakteriyalar tərəfindən parçalanır, çürüyür və pis qoxuya səbəb olur.

 
Radioloqun sözlərinə görə, dilinin üzəri ağımtıl ərplə örtülü olan insanlarda da xoşagəlməz iyə rast gəlinir ki, bu da mütəmadi olaraq təmizlənilməlidir:

"Səhər ağızda xoşagəlməz qoxunun olması isə normaldır. Bütün gecə ərzində bakteriyaların aktivliyi və ağızdakı quruluq buna səbəb olduğundan səhər yeməyindən sonra ağızdakı tüpürcəyin artması ilə əlaqədar bu əlamət keçib gedir". 

 

Şəbnəm Topbaştekin qeyd edib ki, qida maddələrinin tərkibindəki kimyəvi maddələr qana qarışır və bir hissəsi bədəndən xaric edilərkən özünəməxsus qoxu xaric edir. Buna görə də, soğan, sarımsaq və ya alkoqol qəbul edildikdən sonra ağızda spesifik qoxu əmələ gəlir.

"Mədə xəstəlikləri zamanı ağızda xoşagəlməz qoxunun olması nadir haldır. Yalnlz mədə ilə qida borusu arasındakı sfinktor gəyirmə zamanı açıldığında iy hiss olunur. Mədə möhtəviyyatının xaric edilməsini çətinləşdirən mədə çıxışı darlıqları zamanı mədə xərçəngi və qastritin bəzi növlərində ağız qoxusuna mütləq rast gəlinir", - deyə həkim əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev