Respublika Neyrocərrahiyyə Xəstəxanasında mürəkkəb və riskli əməliyyat uğurla icra olunub  
26.01.2024 16:29
53 yaşlı qadın pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasına solda görmənin itməsi səbəbilə müraciət edib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, ətraflı müayinələrdən sonra həkim-neyrocərrah Elşən Hüseynzadə tərəfindən pasiyentə sol yuxu arteriyasının nəhəng paraklinoid anevrizması diaqnozu qoyulub.
 
Çətin və riskli olan nəhəng anevrizmanın kliplənməsi əməliyyatı prosesində həkim-neyrocərrahlar Elşən Hüseynzadə, Ələsgər Həsrətov, Rasim Quliyev və gənc həkim-neyrocərrahlar Vüsal Məmmədov, Firuzə Yusifli iştirak ediblər.
 
Bu cərrahi əməliyyat Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilk dəfə icra olunub.
 
Uğurla nəticələnən əməliyyatdan sonra pasiyentin görməsində əhəmiyyətli yaxşılaşma müşahidə olunub və zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib