65 yaşlı xəstə üzərində icbari tibbi sığorta hesabına prostatektomiya əməliyyatı icra edilib 
25.01.2024 11:43
Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edən 65 yaşlı xəstə uğurlu əməliyyat nəticəsində sağlamlığına qovuşub.
 
KTM-dən Aztibb.az-a bildirilib ki, daha əvvəl konservativ müalicə alan 65 yaşlı vətəndaş Zakir Allahverdiyev sidik ifrazının çətinləşməsi, gecələr həddən artıq sidiyə qalxma şikayətləri ilə Mərkəzə müraciət edib.
 
Aparılan müayinələrdən sonra xəstəyə prostat vəzinin hiperplaziyası diaqnozu qoyulub. Ultrasəs vasitəsilə aparılan müayinədə prostat vəzinin böyüdüyü və həcminin təqribən 260 sm3 olduğu təyin edilib.
 
Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənov, həkim-uroloq Mirhikmət Qiyasov və həkim-rezident Rəşid Novruzovun iştirakı ilə xəstəyə icbari tibbi sığorta hesabına millin prostatektomiya əməliyyatı icra edilib. 2 saata yaxın davam edən əməliyyat uğurlu baş tutub, əməliyyatdan sonra hər hansı ağırlaşma müşahidə edilməyib.
Xəstə səhhətindəki problemlər səbəbindən əvvəllər çox narahat olduğunu, əməliyyatdan sonra isə özünü yaxşı hiss etdiyini bildirir. Xəstənin əməliyyatın 5-ci günündə evə buraxılması nəzərdə tutulur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev