Mərkəzi Gömrük Hospitalında Amerika Ürək Assosiasiyasının rəsmi PALS təlimi işə başlayıb
24.01.2024 10:00
Mərkəzi Gömrük Hospitalında pediatr, neonatoloq, təcili yardım həkimləri, orta tibb işçiləri üçün Amerika Ürək Assosiasiyasının rəsmi PALS təlimi öz işinə başlayıb.
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, təlimin açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov 2 gün davam edəcək təlimin proqramı barədə məlumat verib. O, 2024-cü ildə bir neçə təlimin keçiriləcəyini bildirib. Qeyd edib ki, təlimdə həm təcili tibbi yardım xidməti, həm Mama-ginekologiya şöbəsinin, həm Pediatriya və Neonatologiya şöbəsinin tibb heyəti iştirak edir: "Nəzərə alsaq ki, Mərkəzi Gömrük Hospitalının nəzdində Ana və Uşaq Mərkəzinin yaradılması nəzərdə tutulur, yenidoğulan və uşaqların sağlamlığının təkmilləşdirilməsi üçün tibbi personalın məhz müasir beynəlxalq standartlara cavab verməsini davamlı olaraq təmin edirik.
Nəzəri biliklərlə yanaşı, təlimdə Xüsusi manekenlər üzərində bacarıqların mənimsənilməsi təmin olunur və xüsusi interaktiv kompüter simulyasiya proqramı vasitəsilə komanda olaraq ağır klinik durumda olan uşaqlara təkmil tibbi yardımın göstərilməsi həyata keçirilir”.
Daha sonra Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev uşaqlara və yenidoğulanlara tibbi xidmətin keyfiyyətini təmin etmək, beynəlxalq standartlara uyğun olaraq uşaqlara göstərilən qayğını təkmilləşdirilmək, ağırlaşmaların qarşısını almaq məqsədilə PALS təlimində pediatrlarla yanaşı bütün ixtisaslardan olan həkimlərin iştirakının vacib olduğunu vurğulayıb.
Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Fizuli Abışov çıxış edərək 2020-ci ildə yenilənmiş protokolları, pediatrik tibbi yardım sahəsində baş vermiş yenilikləri mənimsəmək, yeni bacarıqları mənimsəmək üçün PALS təliminin əhəmiyyətli olduğunu bildirib.
Təlimdə uşaqlarda müxtəlif klinik halların idarə olunması, bütün növ respirator, kardioloji və şok hallarının menecmenti, o cümlədən ürəyin ritm pozuntuları, septik halların idarə olunması müzakirə edilir. Təlimdə intubasiya, manual və avtomatlaşdırılmış defibrilyatorun istifadəsi, sümükdaxili çıxışın əldə olunması ilə bağlı praktik məşğələlər keçiriləcəkdir. Təlimin sonunda iştirakçıların nəzəri bilikləri və praktik bacarıqlarının yoxlanılması məqsədilə yazılı və praktik imtahan keçiriləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
47 müraciət, 20 namizəd: ATU-da əcnəbilər üçün rezidentura və magistratura nəticələri
25.09.2026 | 14:32
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
03.09.2026 | 09:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

