Laçın RMX-da infeksion və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirici tədbir təşkil olunub
24.01.2024 11:32
Laçın Rayon Mərkəzi Xəstəxanasında infeksion və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirici tədbir təşkil olunub.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Laçın Rayon
Mədəniyyət Mərkəzinin şöbə rəhbərləri, məktəb direktorları, bağça müdirləri iştirak ediblər.
 
Tədbirdə Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkim Zahid Əhmədov çıxış edərək peyvəndin əhəmiyyətindən və uşaqların peyvəndə cəlb olunmasının vacibliyindən danışıb.
 
Daha sonra Keyfiyyətə nəzarətin idarə olunması komitəsinin rəhbəri Anar Salahzadə qızılca xəstəliyinin kliniki xüsusiyyətləri, laborator diaqnostikası, infeksiyaya nəzarət və xəstəliyin izolyasiyası barədə məlumat verib.
 
Sonda təklif və rəylər dinlənilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır