X xəstəliyi nədir, növbəti pandemiyaya nə dərəcədə hazırıq?
24.01.2024 11:00

Bu yaxınlarda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda səhiyyə sənayesi liderləri “X xəstəliyi” adlı yeni qlobal epidemiyaya hazırlaşmağın vacibliyindən danışıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl COVID-19 epidemiyası zamanı dünya iqtisadiyyatında baş vermiş dağıntıların, səhiyyə sistemlərinin dağılmasının və itkilərin təkrar yaşanmaması üçün hazırlıqların görülməsinin önəmini vurğulamışdı.

 

 

X xəstəliyi termini COVID-19-dan əvvəl ortaya çıxıb və 2018-ci ildə ÜST tərəfindən dərc olunan prioritet xəstəliklər siyahısına daxil edilib.

 

Səhiyyə mütəxəssisləri növbəti böyük pandemiyanın tezliklə baş verə biləcəyindən və COVID-19-dan daha ciddi ola biləcəyindən narahatdırlar.

 

X xəstəliyi hazırda real olmasa da, tədqiqatçılar, alimlər və ekspertlər belə bir virusla mübarizə aparmaq və səhiyyə sistemlərini mümkün pandemiyaya hazırlamaq üçün proaktiv fəaliyyət planı yaratmağa ümid edirlər.

 

İnsanın iqlimə təsiri, vəhşi təbiətin yaşayış yerlərinə təcavüzü və qlobal nəqliyyat kimi amillər heyvan mənşəli xəstəliklərin yayılmasına gətirib çıxarır. Bəzi ekspertlərin fikrincə, bunlar urbanizasiya, həddindən artıq əhali artımı və qlobal ticarətlə birləşərək daha çox epidemiyaların yaranması üçün ideal mühit yaradır.

 

Ötən həftə Dünya İqtisadi Forumunda ÜST prezidenti G.Tedros dünya liderlərinə müraciət edərək deyib: "Əlbəttə, bunun çaxnaşma yarada biləcəyini söyləyənlər var. Amma baş verə biləcək bir şeyi qabaqcadan görmək və buna hazırlaşmaq daha yaxşıdır. Çünki, belə hallar tariximizdə dəfələrlə olub və buna hazırlaşmaq lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır