Kosmetik lazerlərdən istifadə görmənin zəifləməsinə səbəb ola bilər
27.01.2024 11:25

Son zamanlar cəmiyyətimizdə kosmetik lazerlerdən istifadə artdığı üçün, görmənin zəifləməsi şikayəti ilə müraciət edən gənclər çoxdur. Bu məsələ göz həkimlərinin qarşılaşdığı mühüm problemə çevrilib.

 

Bu barədə Aztibb.az-a məlumat verən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının Göz şöbəsinin oftalmoloq-cərrahı Nərmin Səfərova bildirib ki, Aleksandrit, diod və intensiv impulslu işıq (IPL) arasında müqayisəli tədqiqat aparılmış və hər üç üsulda epilyasiyanin gözün ön seqmentinə və retinanın zədələnməsinə səbəb olan oxşar cəhətlər tapılıb: "Belə ki, gözə yönəldilmiş lazer şüası həm göz qapağına, həm də buynuz qişaya asanlıqla nüfuz edə bilər və gözlərin fəlakətli zədələnməsinə səbəb ola bilər. Təəssüf ki, lazerlə dəstəklənən epilyasiya cihazlarının istifadəsinin tənzimlənməsi hələ də yaxşı aydınlaşdırılmayıb və standartlaşdırılmayıb."

 

N.Səfərova qeyd edib ki, lazer zədələnməsindən sonra tor qişanın yanıqlarına, fotofobi, ağrı, görmə itiliyinin azalması və bulanıq görməyə səbəb olan makula defektinə rast gəlinir. Onun sözlərinə görə, zədələnmiş nahiyənin Optik Koherens Tomoqrafiyası(OCT) zamanı qalınlaşmış torlu qişa izlənilir. Flüoressein angioqrafiya(FA) müayinəsi zamanı damarların gec boyanması və görmə siniri diskdə hipoflüoresan superonazal görüntü qeyd edilir. Lazer qəzalarını nəzərdən keçirərkən onların əksəriyyətinin “göz zədələri” olduğu bəllidir.

 

Oftalmoloq-cərrah bildirib ki, göz lazer işığına ən çox həssas olan bədən hissəsidir. Torlu qişa(retina) xüsusilə həssasdır, çünki dalğa uzunluğu 400 nm ilə 1400 nm arasında olan lazer işığı buynuz qişa və lens tərəfindən retinaya fokuslanır və nəticədə tor qişanın şüalanması artır. Yanıqlarin əksəriyyəti parafoveal sahədədir.


Həkim vurğulayıb ki, düzgün müalicə taktikası ilə xəstənin görmə qabiliyyəti bərpa edilir. Lazer istifadəsinin tətbiqi daha geniş yayıldıqca cihazın tənzimlənməsi və lazer təhlükəsizliyinin monitorinqi vacibdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev