“Mamalıq” adlı dərslik işıq üzü görüb
23.01.2024 09:07

ATU-nun II Mamalıq və ginekologiya kafedrasının bir qrup əməkdaşı tərəfindən hazırlanmış “Mamalıq” adlı dərslik işıq üzü görüb.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, 725 səhifədən ibarət kitaba ATU-nun I Mamalıq və ginekologiya kafedrasının müdiri professor Elmira Əliyeva və Ə.Əliyev adına ADHTİ-nin Mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva rəy veriblər.

 

II Mamalıq və ginekologiya kafedrasının müdiri professor Hicran Bağırovanın bilavasitə rəhbərliyi və elmi redaktorluğu ilə ərsəyə gələn kitab öz müasirliyi və aktuallığı ilə seçilir. 

 

Nəşrdə hamilə qadın orqanizmində baş verən fizioloji proseslər, hamiləlik və zahılıq dövrlərinin gigiyenası, hamilə qadınların doğuşa fiziki və psixi hazırlığı, doğuşa yardımın və mamalıq əməliyyatlarının texnika və taktikası şərh olunub. Burada, həmçinin hamiləliyin erkən diaqnostikasının müasir üsullarının, ana bətnində dölün vəziyyətinin və ona təsir edən amillərin şərhinə geniş yer verilib.

 

Dərslikdə dölün bətndaxili inkişaf anatomiyaları, yenidoğulmuşlarda rast gəlinən anomaliya və irsi xəstəliklər haqqında da məlumatlar öz əksini tapıb. Müəlliflər bildirir ki, kitabda əvvəlki nəşrlərdən fərqli olaraq ölkə patologiyasının xüsusiyyətləri nəzərə alınıb, bətndaxili inkişaf anomaliyalarının və irsi xəstəliklərin Azərbaycanda daha geniş yayılmış formalarının şərhinə xüsusi diqqət yetirilib.

 

Qeyd olunur ki, Azərbaycan dilində mamalıq fənni üzrə dərslik və dərs vəsaitləri olduqca azdır və adıçəkilən kitab bu sahədə çalışanlar üçün çox faydalı olacaq. Dərslik Azərbaycan Tibb Universitetinin tələbələrinə mamalıq fənni üzrə lazımi bilikləri toplamaqda yardım edəcək, ümumi praktik həkimlər isə gündəlik fəaliyyətlərində bu kitabdan yararlanacaqlar.

 

Məlumat üçün bildirək ki, “Mamalıq” dərsliyi ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən çap edilib. Universitetin tədris proqramı əsasında çap olunan bu elmi-praktik monoqrafiya indiyədək ölkəmizdə mamalıq-ginekologiyaya dair geniş mənada yazılan ilk nəşdir. Kitabdan ölkəmizdə fəaliyyət göstərən digər universitetlərin tibb fakültələrinin tələbələri, eləcə də rezidentlər, praktik həkimlər, elmi işçilər və fənnin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, həmçinin tədqiqatçılar da istifadə edə bilərlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib