"Antropologiya morfologiyanın əsasları ilə" adlı dərs vəsaiti hazırlanıb
22.01.2021 15:13

Azərbaycan dilində çap olunan, antropologiyadan bəhs edən böyük həcmli dərs vəsaitinin müəllifi məhz anatomlardır. Bu dərs vəsaiti "Antropologiya morfologiyanın əsasları ilə" adlanır.

 

Aztibb.az xəbər verir ki, vəsait Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski və həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Anar Abdullayev tərəfindən yazılıb. Dərs vəsaitinin "Morfologiya" fəslini tibb üzrə fəlsəfə doktoru S.Şadlinskaya yazıb.

 

Antropologiya fənninin müasir proqramı əsasında tərtib olunan dərs vəsaiti ilk növbədə tələbələr üçün nəzərdə tutulub. "Antropologiya morfologiyanın əsasları ilə" kitabında Antropologiyanın söykəndiyi üç dayaq - antropogenez, morfologiya və etnik antropologiyanın uğurlu təhlili verilib. Alimlər ən son ədəbiyyat mənbələrindən və nəzəriyyələrindən tutmuş qədim mənbələrə qədər bütün materialların dərin analizini veriblər, bununla da müəllifi olduqları kitabı həm elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar, həm də tələbələr üçün olduqca əhəmiyyətli ediblər. Bu vəsait özündə ən müasir elmlərin - kibernetikanın, genetikanın, paleoantropologiyanın nəticələrini birləşdirir.

 

Əsərdə nitqin, təfəkkürün inkişafının insan skeleti, onun kəlləsi, dik yerişə keçməsi ilə əlaqəliliyi yüksək peşəkarlıqla vurğulanıb. Bu yazı üslubu ilə tanış olan hər bir oxucu, peşəsindən asılı olmayaraq kitabda yazılanları başa düşəcək. Müasir ədəbiyyat materiallarının böyük əksəriyyəti ana dilimizdə ilk dəfə məhz bu dərs vəsaitində verilib. Əsərin dili onun oxunaqlığını daha da artırır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır