“Biofiziki və bioüzvi kimya” dərsliyi çapdan çıxıb
19.11.2020 11:58

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və Azərbaycan Tibb Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Çimnaz İsmayılovanın “Biofiziki və bioüzvi kimya” kitabı çapdan çıxıb.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Bildirilib ki, biofiziki və bioüzvi kimya elminin son illərdə sürətlə inkişafı, yeni elmi məlumatlarla zənginləşməsi, eləcədə təhsil sahəsində aparılan islahatlar bu fənnin müasir tələblərə cavab verən səviyyədə tərtib edilməsini zəruri edib. Adıçəkilən fənndən müxtəlif dillərdə yazılmış irihəcmli dərsliklərin kifayət qədər çox olmasına baxmayaraq, Azərbaycan dilində təhsil alan tələbələrin mövcud proqramı əhatə edən yığcam və tibb ixtisası yönümlü dərsliyə böyük ehtiyacları olub. Bunu nəzərə alaraq “Biofiziki və bioüzvi kimya” dərsliyinin hazırlanması məqsədəuyğun hesab edilib. Dərslikdə üzvi birləşmələrin dərman maddələri kimi istifadə olunan siniflərinə daha çox yer verilib.

 

Dərslik Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, ondan kimyaçılar, elmi işçilər, magistr və doktorantlar, biologiya ixtisasına yiyələnən tələbələr də istifadə edə bilərlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır