Hərbi təbabət ixtisası üzrə ilk dəfə elmi seminar keçirilib
22.01.2024 16:12

Bu günlərdə ATU-nun Hərbi Tibb fakültəsində hərbi təbabət ixtisası üzrə ilk dəfə olaraq elmi seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayevin sədrliyi ilə baş tutan seminarda Tibbi profilaktika kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədovun məruzəsi dinlənilib.

 

Hərbi epidemiologiya sahəsini əhatə edən məruzədə hərbi kollektivlərdə epidemik prosesin hərəkətverici qüvvələrinin, sanitar-epidemioloji müəssisələrin müharibə dövründə fəaliyyət xüsusiyyətlərinin tədqiqi öz əksini tapıb. Həmçinin məruzədə əks-epidemik təminatın qüvvə və təminatının təkmilləşdirilməsi, retrospektiv, prospektiv və operativ analizin aparılması və nəticələrin qiymətləndirilməsi məsələlərinə də toxunulub. Bundan əlavə, hərbi qulluqçuların immunizasiyası üsulları, təcili və spesifik profilaktika vasitələri, onlardan istifadə qaydalarının təkmilləşdirilməsindən danışan məruzəçi, hərbi qulluqçular arasında yayılmış çoxsaylı qeyri-infeksion xəstəliklərin araşdırılması və profilaktik tədbirlərin görülməsindən söhbət açıb.

 

Sonda mövzuya dair müzakirələr aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev