Yeni Klinikada Almaniya şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib  
19.01.2024 11:10
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti ilə tibb müəssisəsinin inzibati işlər və tibbi xidmətlər üzrə müvafiq struktur bölmə rəhbərləri arasında görüş keçirilib.
 
 
Klinikadan Aztibb.az-a bildirilib ki, görüşdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Ağayev, Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, direktorun inzibati işlər üzrə müavini İlqar Mustafayev, direktorun iqtisadi işlər üzrə müavini Taleh Nadirov və digər əməkdaşlar iştirak ediblər.
 
Təşkil olunan tur çərçivəsində “Falk Beratung”un ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Tobias Luk, Sana Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, tibbi strategiya rəhbəri Qebhard fon Kosel, tibbi strategiya üzrə meneceri Tina Kütner, kardiologiya bölməsinin rəhbəri Fabian Knabel xəstə qəbulu, diaqnostika sahələri (radiologiya, endoskopiya, ürək kateterizasiyası laboratoriyası, laboratoriya), əməliyyatxana, reanimasiya şöbəsi, normal palata, OR hazırlığı, OR, reabilitasiya və terapiya sahələri ilə tanış olublar.
 
Görüş zamanı təşkilati quruluş, idarəetmə strukturları, pasiyentlərin müraciət proseduru, müalicə xərclərinin ödənilməsi, tibbi avadanlıqlar, klinikanın ictimai imici, rəqabət mənzərəsi, beynəlxalq fəaliyyəti istiqamətində mövzular müzakirə olunub.
 
İki gün davam edən ziyarət çərçivəsində “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti ilə tibb müəssisəsinin tibb və qeyri-tibb əməkdaşları arasında təşkil olunan BTB görüşlər zamanı təcili və təxirəsalınmaz tibbi yardım, tibb bacısı xidmətinin təşkili, keyfiyyətin idarə olunması, kommunikasiya və marketinq, insan resursları, beynəlxalq əlaqələr istiqamətində mözvular müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır