Yeni Klinikada ürək qapaqlarının dəyişdirilməsi və bərpası əməliyyatlarının icrasına başlanılıb
19.01.2024 09:34
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Ürək-damar Cərrahiyyəsi Mərkəzində mürəkkəb və bahalı əməliyyatlardan hesab edilən ürək qapaqlarının dəyişdirilməsi və bərpası əməliyyatlarının icrasına başlanılıb.
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Yeni Klinikada bu əməliyyat ilk dəfə 73 yaşında qadın üzərində 5 saat davam edib və uğurla başa çatıb. Əməliyyat tibb müəssisəsinin ürək-damar cərrahiyyəsinin peşəkar komandası və bu komandaya yeni qoşulmuş türkiyəli tanınmış ürək-damar cərrahı, uzman həkim Özgür Kocamaz tərəfindən icra olunub.
Klinikada, həmçinin aortal və mitral qapaqların dəyişdirilməsi və ya valvuloplastikası, aorta disseksiya cərrahiyyəsi, torakal və qarın aorta anevrizmalarının endovaskulyar (TEVAR, EVAR) və açıq üsullarla müalicəsi, minimal invaziv və ya sternotomiya ilə aorta koronar şuntlama, anadangəlmə ürək qüsurlarının, yuxu arteriyası, periferik damar və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının bu günədək özəl tibb müəssisələrdə və ya xarici ölkələrdə kifayət qədər yüksək məbləğdə etdirdiyi cərrahi əməliyyatlar artıq Cənubi Qafqazın ən böyük tibb müəssisəsinə çevrilən Yeni Klinikada həyata keçirilir. Bu əməliyyatların hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində peşəkar tibbi heyət tərəfindən icra olunur.
Xatırladaq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı tibb müəssisəsinə müraciət edərək Xidmətlər Zərfi çərçivəsində təklif olunan tibbi xidmətlərdən tam təmənnasız yararlana bilər.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

