STM-in direktoru 2 nömrəli Xəstəxananın yeni binasında mövcud vəziyyətlə tanış olub
18.01.2024 14:14

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov 2 nömrəli Xəstəxananın yeni binasında mövcud vəziyyətlə tanış olub.

 

Aztibb.az-a STM-dən verilən məlumata görə, xəstəxananın baş həkimi Adil Rzayev tibb müəssisəsinin fəaliyyəti haqqında direktora məlumat verib. Bildirib ki, yeni xəstəxana binasında vətəndaşlara yüksək tibbi xidmətlərin göstərilməsi üçün lazımi infrastruktur qurulub və müəssisə müasir avadanlıqlarla təchiz edilib.

 

Elnur Azadxanov xəstəxanada fəaliyyət göstərən şöbələrin vəziyyətilə maraqlanıb, palataların vəziyyətinə diqqət yetirib və xəstələrlə həmsöhbət olub.

 

Direktor kadr potensialının gücləndirilməsinin, tibb personalının peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb.

 

Xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Qeyd edək ki, xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və s. şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.

 

Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün “PHACO AMO” cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.

 

Xatırladaq ki, 150 çarpayılıq xəstəxananın yeni binası 2023-cü ilin oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

 

Səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır