Əməkdar həkim Rəşad Mahmudovu 50 illik yubileyi münasibətilə təbrik edirik!
18.01.2024 12:10

Bu gün ürək-damar cərrahı, Əməkdar həkim, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudovun 50 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1991–1997-ci illərdə 9 Eylül Universitetinin Tibb fakültəsində ali təhsil alıb. 1997–2003-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin Ürək-Damar Cərrahiyəsi Mərkəzinin doktorantı olub. 2003-cü ildə Türkiyə Respublikası Ege Universitetində uzmanlıq təhsili alıb.

 

O, dissertasiya işini uğurla müdafiə edərək 2006-cı ildə tibb üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə tibb elmləri doktoru elmi dərəcələrini alıb.

 

Rəşad Mahmudov 1997–2004-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin Ürək-Damar Cərrahiyəsi Mərkəzində, 2004–2005-ci illərdə Türkiyə Respublikası Kent Xəstəxanasında ürək-damar cərrahı işləyib. 2005–2017-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017–2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində elmi-tədqiqat işləri üzrə direktor müavini vəzifələrində çalışıb. O, 2018-ci ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisidir.

 

Peşəkar həkim respublikada və beynəlxalq nəşrlərdə çap olunmuş çoxsaylı elmi əsərin müəllifidir. Həmçinin 1999-cu ildə Türkiyədə nəşr olunmuş "Aort Cərrahiyəsi" və 2014-cü ildə İtaliyada çap olunmuş "Trikuspid qapaq cərrahiyyəsi" kitablarının həmmüəllifidir. Alim iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan səhiyyəsini layiqincə təmsil edib.

 

O, Avropa Kardio-Torakal Cərrahiyyə Cəmiyyəti, Türk Ürək-Damar Cərrahiyyəsi  Dərnəyi, Turkiyə Ürək və Sağlamlıq Fondunun üzvü, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təsisçisi və sədri, eləcə də Azərbaycan Tibb Assosiasiyasının idarə heyətinin sədridir.

 

Həkim 2005-2015-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında 8000-dən çox açıq ürək əməliyyatları icra edib. Eyni zamanda, regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba) yeni açılmış diaqnostik mərkəzlərdə 1000-ə yaxın açıq ürək əməliyyatları aparıb.

 

Rəşad Mahmudov Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2006-cı ildə “Tərəqqi medalı” ilə təltif edilib, 2014-cü ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb. Bundan başqa, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatı, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunub. O, həmçinin 2019-cu ildə Dövlət Gömrük Komitəsinin Fəxri fərmanına, 2022-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb. 2023-cü ildə Özbəkistan Respublikası Namangan Dövlət Universitetinin "Fəxri professoru" seçilib.

 

O, öz peşəsini mükəmməl bilməklə yanaşı, həm də dövlətçiliyimizə sadiqliyi ilə seçilən şəxsiyyətdir. Rəşad Mahmudov ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə əsl vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Azərbaycan Respublikası Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək iki çağırış (2015 və 2020-ci illər) 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilib.

 

Aztibb.az portalı adından Əməkdar həkim Rəşad Mahmudovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati və siyasi fəaliyyətində uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır