Sarışan hallar nevrozu nədir?
21.01.2024 11:59
 
Sarışan hallar nevrozu (digər adı ilə, obsessiv-kompulsiv pozuntu, OKP) İnsanın iradəsindən asılı olmadan yaranan və onda təşviş, həyacan və narahatlıq yaradan, sarışan, təkrarlanan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirləri rahatlatmaq üçün müəyyən sarışan, təkrarlanan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar edən psixi pozuntudur.
 
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-psixiatrı Leyla Mustafayeva xəstəlik haqqında məlumat verərkən deyib.
 
Həkim bildirib ki, xəstəlik aşağıdakı əlamətlərlə müşahidə edilir:
Davamli şəkildə etdiklərini yoxlama (5,10, 20 dəfə işığı, sobanı, ütünü söndürməyi yoxlamaq);
Tez-tez və uzun müddət əl yuma (xəstəlik və çirkli olmaq qorxusu səbəbi ilə, hamamda saatlarla vaxt keçirmə);
Evin təmizliyinə böyük miqdarda vaxt ayırmaq (dezinfeksiyaedici vasitəsilərlə davamlı evi yuma);
Göz önünə düşənləri qeyri-iradi, saymaq istəyi (pilləkənləri, avtomobilləri);
Zahirindən davamlı narazı olmaq (güzgü qarşısında tez-tez qüsurların axtarışı);
Uğursuzluq qorxusu (özünə və yaxınlara görə davamlı narahat olma bu səbəbdən tez-tez yoxlama);
Münasibətlərin sonsuz analizi (ailə üzvləri, həmkarlar, dostlar ilə);
Fanatik simmetriya və səliqə istəyi (əşyalar həmişə öz yerlərində, eyni vəziyyətdə olmalıdır).
 
Leyla Mustafayevanın sözlərinə görə, obsessiv kompulsiv pozuntu uşaqlarda, yeniyetmələrdə və böyüklərdə müşahidə olunur. Bu əlamətləri müşahidə etdikdə psixiatra müraciət olunmalı və müalicə başlanmalıdır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev