Qubada vaxtından əvvəl 1300 qram çəkidə dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb
13.01.2024 11:58

Quba Regional Perinatal Mərkəzində 29 həftəlik hamiləlikdən 1300 qram çəkidə dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Bildirilib ki, riskli hamiləlik keçirən Xaçmaz rayon sakini Abdullazadə Fidan Əjdər qızı 20.11.2023 tarixində vaxtından əvvəl, hamiləliyinin 29-cu həftəsində vəziyyəti ilə əlaqədar olaraq Quba Regional Perinatal Mərkəzində təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı olunub. Çəkisi 1300 qram olan körpə dərhal Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsinə köçürülüb.

 

Doğulan zaman körpənin vəziyyəti çox ağır qiymətləndirilib. Uşaqda ağır respirator distress sindrom müşahidə olunurdu. Körpənin ağ ciyərlərinə dövlət təminatlı Curosurf preparatı yeridilib, tənəffüs dəstəyi almışdır.

 

Körpə 28-ci günündə ROP müayinəsi olunub.

 

Hazırda körpənin çəkisi 2000 qr, aktiv əmmə refleksi, laborator və kliniki müayinələrin nəticələri normaldır. Körpə artıq evə yazılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır