Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar
30.10.2020 09:41

Medikamentoz müalicədən başqa digər müəyyən ərzaq məhsulları da sətəlcəm olan insanların daha tez sağalmasına kömək edə bilər.

 

Sətəlcəm, ağciyər iltihabının təhlükəli həddə çatmasına səbəb olur. Bundan əlavə, bu xəstəlik kəskin respirator distressiya-sindromunun inkişafını sürətləndirir ki, bu da nəticədə COVID-19-un süni tənəffüs tələb edən ciddi forması kimi yaşlı və zəifləmiş insanlar arasında ölüm riskini artırır.

 

Ev şəraitində heç bir özbaşına müalicə və hətta dünyanın ən faydalı ərzaq məhsulları sətəlcəmi müalicə edə bilmir. Onun müalicəsi üçün xüsusi müalicə strategiyası və müvafiq dərmanlar tələb olunur. Bununla belə, müəyyən qidaların rasiona daxil edilməsi, ilkin ağır mərhələdən sonra bərpa prosesinin sürətlənməsinə kömək edə bilər.

 

Aztibb.az “MedikForum” saytına istinadla sətəlcəm zamanı hansı adi ərzaq məhsullarının daha tez sağalmağa kömək etməyindən bəhs edir.

 

Bütöv buğda. B qrupunun vitaminləri ilə və karbohidratlarla zəngin olan kinoa, qəhvəyi düyü, yulaf, arpa orqanizmin bərpa olunmasına kömək edir. Bundan əlavə, orqanizmi enerji ilə təmin edən bu məhsulların tərkibindəki selenyum immun sistemini gücləndirir.

 

Zülalla zəngin olan qidalar. Pnevmoniyadan əziyyət çəkən insanlar iltihab əleyhinə xüsusiyyətlərə malik olan və zədələnmiş ağciyər toxumalarının bərpasına kömək edə biləcək qidalar: qoz, fındıq, tum, paxla, ağ ət, balıq yeməlidirlər.

 

Yarpaqlı tərəvəzlər, salatlar və ispanaq tez sağalmaq üçün çox faydalıdır. Onlar iltihabla mübarizə aparan və orqanizmdəki yoluxucu maddələrin konsentrasiyasını azaldan antioksidantların zəngin mənbəyi sayılır.

 

S vitamini ilə zəngin olan sitrus meyvələri, giləmeyvələr, kivi immunitet sistemini gücləndirir, sətəlcəm zamanı orqanizmin bərpa prosesini sürətləndirir. Onların antioksidant komponentləri xəstəlik törədən mikroorqanizmləri məhv edə bilər.

 

Yoqurt. Bu sadə məhsul sətəlcəm xəstəliyini yaranmasına səbəb olan probiotiklərlə zəngindir. Qeyd edək ki, yoqurt həmçinin bağırsaqdakı faydalı bakteriyaların sayını artıraraq immun sistemini gücləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza