Şəki Rayon Mərkəzi Xəstəxanasının gənc oftalmoloqu - Vüsal İbrahimov
13.01.2024 09:55
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı həkim-oftalmoloq Vüsal İbrahimovdur.
 
O, 1995-ci ildə Şəki şəhərində anadan olub. 2013-2019-cu illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri I.I.Mechnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetində təhsil alıb. 2019-2021-ci illərdə Azərbaycan Respublikası dövləti hesabına Moskva N.İ. Pirogov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində ordinatura oxuyub.
 
Vüsal İbrahimov 2021-ci ildə Rusiyanın Moskva şəhərində 115 saylı şəhər poliklinikasında, 2021-2023-cü illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmoloq vəzifəsində çalışıb. Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqudur.
 
2022-ci ildən Rusiya Fedarasiyası Səhiyyə Nazirliyi - Rusiya Tibbi Fasiləsiz Peşəkar Təhsil Akademiyasının Oftalmologiya kafedrasında Azərbaycan Respublikası dövləti hesabına aspirantura təhsili alır.
 
Həkim bir sıra təkmilləşdirmə kurslarında və seminarlarda iştirak edib, sertifikatlarla təltif edilib.
 
O, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvü, eləcə də Türk Oftalmoloji Dərnəyinin fəxri üzvüdür. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır