Boyunda duz yığılmasının əsas əlamətləri 
29.10.2020 17:31
Boyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarda duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat tərzi keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın səhvlərinə görə baş verir.
 
Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.
 
Bədəndə duz kristalları zülal tərkibli qidaların çoxluğundan yaranır, yəni daha çox ət və ət məhsulları yedikdə, orqanizm bunu tam sona kimi həzm edə bilmir.
 
Bir gün ərzində çox miqdarda ət, toyuq, balıq, iç-çiyər yemək olmaz. Eləcə də tomat, pomidor, souslar, ədviyyatlar, xəmir məmulatları, duzlu qidalar, şorabanın və s. miqdarı normanı aşmamalıdır. Daha çox göyərti, tərəvəz salatları yeyilməlidir. Həmçinin yeməyi su içə-içə qəbul etmək olmaz.
 
Boyunda duz yığılmasının əsas əlamətləri aşağıdakılardır:
 
Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerişin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə, tez yorulma.
 
Müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədəndən artıq duzların çıxarılmasına yönəlmiş terapiya, eləcə də bəzi xalq təbabəti metodlarını birlikdə tətbiq etməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub