Vətəndaşlar özəl tibb müəssisələrində xidmətlə bağlı suallarını Agentliyin Çağrı mərkəzinə ünvanlaya biləcəklər
07.01.2024 15:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə “1542” Çağrı Mərkəzinə yeni xidmət əlavə edib.
 
Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, bu gündən etibarən vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində xidmət almaqla bağlı suallarını “1542” Çağrı Mərkəzinə ünvanlaya biləcəklər. Bunun üçün müvafiq dili seçdikdən sonra 2 düyməsini seçmək lazımdır.
 
Bildirilib ki, Agentliyin Çağrı Mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı Mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirus infeksiyası ilə bağlı məlumat əldə edilməsi ilə bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır