Pnevmoniya zamanı ən sadə reseptlər
29.10.2020 09:31

Pnevmoniya ağciyərin iltihabi xəstəliyi olub, əsasən bakteriya, göbələk və viruslar vasitəsilə yaranır. Onu hava ilə ağciyərə düşmüş kimyəvi maddələr də törədə bilər.

 

Xəstəlik əsasən özünü qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz yeni öskürəyin əmələ gəlməsi, yaxud bəlğəm rənginin dəyişməsi ilə müşayiət olunan xroniki öskürək, döş qəfəsində plevral ağrılar, təngnəfəslik, uyğun auskultativ dəyişikliklər, rentgen müayinəsi zamanı yeni kölgənin aşkar olunması ilə büruzə verir. Qrip, paraqrip və digər virusları, bronxitlərin fəsadlaşma halları və s. pnevmoniyaya səbəb ola bilər. Diaqnozu dəqiqləşdirmək xəstənin anamnezi, fizikal müayinə nəticələrinə və döş qəfəsi rentgenoqrafiyasına əsaslanır. 

 

Həkim məsləhəti və nəzarəti altında aşağıdakı xalq təbabəti prosedurlarından istifadə etmək olar:

 

  • Kürək və sinə nahiyəsinə bitki yağı çəkilir. Sarımsaq əzilir və 15-20 dəqiqə həmin nahiyələrə yaxılır;

 

  • Turpun orta hissəsində dəlik açılaraq 2 xörək qaşığı bal əlavə edilir, turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılaraq 3 saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir;

 

  • Soğan şirəsi ilə bal bərabər nisbətdə qarışdırılaraq gündə 3-4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı içilir;

 

  • Baş soğanın yarısı kəsilərək 1 stəkan süddə pörtlədilir. Sonra 4 saat dəmə qoyulur. Alınan məhlul hər 3 saatdan bir içilir. Güclü öskürək zamanı həmin prosedur 2 soğanla da aparıla bilər;

 

  • Gündə iki dəfə 1 stəkan təzə sağılmış çiy süd 2 ədəd əncir qurusu ilə birgə qaynadılaraq yeməkdən sonra 1 stəkan isti halda içilir;

 

  • Kiçik torbanın içərisinə qabıqla qaynadılmış və bir qədər əzilmiş kartof, hərəsindən 1 xörək qaşığı olmaqla bitki yağı, spirt və xardal əlavə edilərək qarışdırılır. İçərisində qarışıq olan torba maksimum isti şəkildə ürək nahiyəsindən uzaq tutulmaq şərtilə xəstəlik ocağına qoyulur, üzərindən sellofan sarınır, üstünə yorğan örtülür. Proseduru gecədən səhərə qədər etmək daha yaxşıdır;

 

  • Emallı qaba su yığılaraq üzərinə 3-4 damcı ağ şam yağı əlavə olunur və qarışıqla inqalyasiya edilir;

 

  • Yüz qram sarımsaq əzməsi ilə 500 qram qaz piyi qarışdırılıb su hamamında bir müddət saxlanılır, alınan kütlə perqament kağız üzərinə qalın qat şəklində yayılaraq sinəyə qoyulur, üzərindən yun şal bağlanır. İslatmalar iki həftə hər gün edilir, bir həftə fasilədən sonra proseduru davam etdirmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza