Agentlik orqan köçürülməsi üçün vəsait toplayan şəxslə bağlı məlumat yayıb
28.12.2023 10:42

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sosial şəbəkələr vəsitəsilə Kamran Abdıyev və Xəqani Niftalıyev adlı vətəndaşlara orqan köçürülməsi məqsədilə vəsaitin toplanması barədə məlumatlar daxil olub.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, 19 dekabr tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Agentliyə Kamran Abdıyevin böyrək transplantasiyasına ehtiyac olmasına dair məktub ünvanlanıb.

 

Bildirilib ki, hazırda vətəndaş əməliyyatönü müayinələrə cəlb olunub, donor olmaq istəyən vətəndaşın donor uyğunluğu qiymətləndirilir. Uyğun olduğu təqdirdə böyrək transplantasiyası əməliyyatı icbari tibbi sığorta hesabına icra olunacaq.

 

Qaraciyər transplantasiyası əməliyyatına ehtiyacı olan Xəqani Niftalıyevin isə canlı donoru olmadığı üçün əməliyyatın icrası hazırda mümkün deyil. Donor olduğu təqdirdə sözügedən əməliyyat icbari tibbi sığorta çərçivəsində tam qarşılanacaq.

 

Qeyd edilib ki, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor – öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent – müalicə məqsədilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub