İsmayıllıda səhiyyə veteranları ilə görüş təşkil edilib
28.12.2023 11:07
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində səhiyyə veteranları ilə görüş keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, səhiyyə veteranları və səhiyyə işçiləri, ayrı-ayrı idarə, təşkilatların əməkdaşları iştirak ediblər.
 
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, RMX-nın Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Ramiz Ağayev və digərləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qonaqları təbrik edib, hər kəsə cansağlığı arzulayıblar.
 
Sonda səhiyyə işçiləri nümunəvi fəaliyyətə görə təltif olunublar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır