Uşaqların yoluxucu infeksion xəstəliklərdən qorunması məqsədilə məktəb və bağçalarda nəzarət-profilaktik tədbirlər görülür
28.12.2023 09:32
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb işçiləri (həkim və tibb bacıları) tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrində nəzarət-profilaktik tədbirləri, tibbi müayinələr davam etdirilir.
 
Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, bu proses uşaqların yoluxucu infeksion xəstəliklərdən qorunması və bu xəstəliklərin onlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
 
Bu məqsədlə ümumtəhsil və məktəbəqədər tədris müəssisələrində filtrlərin (termometriya aparılması) fəaliyyəti, əks-epidemik və dezinfeksiya tədbirləri həyata keçirilir.
 
Belə ki, şagirdlər tədris müəssisələrinə daxil olan zaman ilk növbədə giriş hissədə onların hərarəti ölçülür, şagirdlər arasında hərarəti normadan artıq olanlar aşkarlandığı halda təhsil müəssisələrində fəaliyyət göstərən tibb işçiləri tərəfindən nəzarətə götürülür, onların tədris prosesinə cəlb olunmasının, digər uşaqlarla təmasda olmasının qarşısı alınır. Sağlamlıqları ilə bağlı hər hansı şübhəli vəziyyət aşkar olunan şagirdlərə həkim baxışı həyata keçirilir. İlkin müayinələrdən sonra ehtiyac yaranarsa, həmin şagirdlər aidiyyəti üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə yönləndirilir.
 
Habelə, yoluxucu xəstəliklərin aşkar olunduğu hər bir təhsil müəssisəsində dərhal dezinfeksiya tədbirlərinin həyata keçirilməsi, şübhəli şəxslərlə təmasda olan şəxslərin müvafiq tibb işçiləri tərəfindən müayinə və müşahidə aparılması işinin gücləndirilməsi həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır