İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
27.12.2023 09:49
Ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf Strategiyası”nda uşaqların sağlamlığının qorunmasına böyük önəm verilib, bu istiqamətdə mobil əlavə və interaktiv internet saytlarının yaradılması vəzifəsi qarşıya qoyulub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi, məktəblilərin sağlamlığının vacibliyini, o cümlədən informasiya texnologiyalarından istifadə zərurətini nəzərə alaraq, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən məktəblilər, valideynlər və müəllimlər üçün sağlamlığın əsaslarına həsr olunan internet portalı və mobil əlavə hazırlanaraq istifadəyə verilib.
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.
“Sağlam uşaq” internet portalında https://saglamusaq.az/ məktəbyaşlı uşaqların sağlamlığının qorunması və sağlam inkişafı üçün faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar toplanılıb. Portal Uşaq, Valideyn və Müəllim bölmələrindən ibarətdir. Ümumi olaraq portala hazırda 583 məqalə, 200 maarifləndirici material, 131 videoçarx, 30-dan çox infoqrafika və uşaqlar üçün maarifləndirici oyunlar yerləşdirilib. Portal Azərbaycan və rus dillərində təqdim olunub. Portala gələcəkdə yeni materialların əlavə olunması və daha da zənginləşdirilməsi nəzərdə tutulub.
Eyni zamanda, portalın materialları əsasında hazırlanmış “Sağlam uşaq” mobil əlavəsi də istifadəyə verilib. AppStore və PlayMarket vasitəsilə tətbiqi telefona yükləyərək məlumatlardan faydalanmaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

