BBSM ilə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq genişləndirilir
26.12.2023 17:43

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi (BBSM) ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq genişləndirilir.

 

BBSM-dan Aztibb.az-a bildirilib ki, bu məqsədlə Mərkəzdə Agentliyin rəisi Nicat Əliyev və Mərkəzin direktoru Elçin Əmirovun iştirakı ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsi sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə görə Agentliyin rəisi və əməkdaşlarına göstərdikləri böyük dəstəyə görə minnətdarlığını bildirib:

 

“Radiasiya təhlükəsizliyinin təmin edilməsi - təşkilati-hüquqi, mühəndis-texniki, sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat və təhsil xarakterli tədbirlər kompleksindən ibarətdir. Odur ki, cari ildə qarşılıqlı əməkdaşlıq çərçivəsində mövcud problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparılıb, Mərkəzin strukturuna daxil olan tibb müəssisələrinə birgə baxış keçirilib, uyğunsuz hallar aradan qaldırılıb və ionlaşdırıcı şüa mənbələri ilə işləyən qurğuların fəaliyyətinə xüsusi icazələrin alınması üçün müvafiq təkmilləşmələr həyata keçirilib”.

 

Daha sonra çıxış edən Agentliyin rəisi Nicat Əliyev radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində güclü nəzarət mexanizminin tətbiq edilməsinin zəruriliyini və gələcəkdə prosesin təkmilləşdirilməsi üçün işlərin aparılacağını vurğulayıb.

 

İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova öz çıxışında bildirib ki, 2023-cü il ərzində artıq 43 tibb müəssisəsində ionlaşdırıcı şüa mənbələri ilə işləyən qurğuların fəaliyyətinə xüsusi icazələrin alınması prosesi yekunlaşıb. Növbəti ildə də prosesin davam etdiriləcəyi nəzərə çatdırılıb.

 

Tədbirin sonunda Mərkəzin və Agentliyin əməkdaşlarına radiasiya təhlükəsizliyinin təmin edilməsində göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib