Kəskin eşitmə zəifliyindən əziyyət çəkən 10 yaşlı oğlan cərrahi əməliyyatla sağlamlığına qovuşub 
26.12.2023 16:42

10 yaşlı pasiyentimiz İbrahim 1 ilə yaxındır ki, kəskin eşitmə zəifliyindən əziyyət çəkib, bununla bağlı müxtəlif tibb müəssisələrində müalicə alsa da, effektiv olmayıb.

 

Bu barədə Aztibb.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, xəstəxanada qulaq-burun-boğazın endoskopik müayinəsindən sonra həkim Gültac Qədimalıyeva tərəfindən İbrahimə 3-cü dərəcə adenoid hipertrofiyası və xroniki tonzillit dekompensə forma diaqnozu qoyulub.

 

Pasiyent audio və timpanometriya müayinəsindən keçirilib. B tip konduktiv eşitmə zəifliyi (burun ətinə bağlı olaraq) aşkarlanıb.

 

Gültac Qədimalıyeva tərəfindən pasiyentə adenotonzillektomiya cərrahi əməliyyatı icra edilib və artıq 5 gün sonra İbrahim tam normal eşitməyə başlayıb. Parasentez (qulaq pərdəsi arxasındakı mayeni çəkmək) əməliyyatına ehtiyac qalmayıb.

 

İbrahimin valideynləri Qazax Rayon Mərkəzi Xəstəxanasının bütün kollektivinə, xüsusən də Gültac Qədimalıyevaya minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır