Bakı Mühəndislik Universitetinin tələbəsi AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilib
26.12.2023 11:08

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Nəzrin Babayeva Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) İdarə Heyətinin fəxri üzvü seçilib.

 

Bu məlumat Aztibb.az-a AQDİM-dən verilib.

 

BMU-nun Memarlıq vəinşaat fakültəsinin sənaye mühəndisliyi ixtisasında (bakalavr) təhsil alan Nəzrin Babayeva bu üzvlüyə donorluq mədəniyyətinin inkişafı sahəsində keçirilən tədbirlərdə, həmçinin qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərinə görə layiq görülüb.

 

Fəxri üzvlüyün təqdimetmə mərasimində universitetin rektoru Yaqub Piriyev tələbəni, onun ailə üzvlərini səmimi qəlbdən təbrik edib. Rektor Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı haqda danışıb və bu mühüm sənədlər çərçivəsində atılan addımların, qanvermə aksiyaları, təbliğat xarakterli tədbirlərin önəmini vurğulayıb.

 

Yaqub Piriyev BMU tələbələrinin sosial əhəmiyyət kəsbedən tədbir və layihələrdə fəal iştirakına diqqət çəkib, eyni zamanda, onların məqsədyönlü, ictimai faydalı, könüllü fəaliyyətinin hər zaman ali təhsil müəssisəsi tərəfindən dəstəkləndiyini deyib.

 

IV kurs tələbəsi olan Nəzrin Babayevanın gələcək planları, magistratura təhsili ilə yaxından maraqlanan rektor ona müvafiq tövsiyələrini verib və qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərə, nəcib fəaliyyətinə görə universitet adından təşəkkürünü çatdırıb.

 

ADQİM-in İdarə Heyətinin sədri Fuad Rəsul BMU tələbəsini Mərkəzin fəxri üzvləri sırasına qoşulması münasibətilə təbrik edib.

 

AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilən Nəzrin Babayeva bu adın onun üçün böyük qürur olduğunu vurğulayıb, ona göstərilən diqqətə görə universitetin rektoruna və Mərkəz rəhbərliyinə minnətdarlığını ifadə edib.

 

Daha sonra Mərkəzin icraçı direktoru Kamil Hüseynov mükafatı Nəzrin Babayevaya təqdim edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır