Naxçıvan Regional Hematologiya Simpoziumu keçirilib
25.12.2023 14:32
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Naxçıvan Regional Hematologiya Simpoziumu keçirilib.
Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.
Simpoziumdan əvvəl Uu Öndər Hedər Əliyevin abidəsi üzərinə gül dəstələri qoyulub, Heydər Əliyev muzeyi ziyarət olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükurla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən simpoziumun əsas məqsədi respublikanın hər yerində hematologiya sahəsinin inkişafına təkan vermək və tibbi personala müasir protokolların vacib nüanslarını çatdırmaqdır.
Simpoziumun açılışında Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəslərini icra edən Samiq Sadıxovun və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun çıxışları dinlənilib.
Tədbirdə Naxçıvanda hematoloji xəstələrlə çalışan həkim və orta tibb işçilərinə nəzəri təlimlərin verilməsi və praktik bilik və bacarıqlarının artırılması məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ezamların təşkil olunması, həmçinin Naxçıvanda irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərə xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Eyni zamanda, həmin gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında tibbi aksiya da keçirildi. Müxtəlif hematoloji problemi olan xəstələrin Bakıdan gələn həkim heyəti tərəfindən müayinələri aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

