Azərbaycan alimləri bir sıra xəstəliklərdə müşahidə olunan zülalları xarakterizə edən metod hazırlayıblar
28.10.2020 15:17

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və müəssisənin gənc alimi, dissertant Aytac Məmmədzadənin həmmüəllifi olduqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatının “Biochemistry and Biophysics Reports” jurnalında çapa qəbul edilib. 

 

“ANS fluorescence: Potential to discriminate hydrophobic sites of proteins in solid states” adlı məqalədə ilk dəfə olaraq ANS (1-anilino-8-naphthalenesulfonate) molekulunun flüoressensiya xüsusiyyətlərindən istifadə etməklə zülalın bərk cisim halında hidrofob klasterlərini xarakterizə etməyin mümkünlüyü, eləcə də flüoressensiaya spektrlərinə bağlı olan yaşama müddətlərinin qiymətinin birbaşa ətraf mühitin hidrofobluq dərəcəsi ilə müəyyən olduğu göstərilib.

 

Tədqiqatın nəticələri göstərib ki, ANS-dən istifadə etməklə Alzhemier, parkinson və prion xəstəliklərində müşahidə olunan quru və hidratasiya olunmuş zülal aqreqatlarını, amiloidləri xarakterizə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır