İxtisasını ən yaxşı tanıdanlar mükafatlandırılıblar
22.12.2023 16:09

ATU-nun İctimai səhiyyə fakültəsinin təşəbbüsü və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə fakültənin 3 yeni ixtisasında təhsil alan tələbələr arasında növbəti “İxtisasını tanıt” müsabiqəsi keçirilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Müsabiqənin keçirilməsində məqsəd tələbələrin öz ixtisaslarını tanıdıqları qədər tanıtması və buna hazırlaşarkən apardıqları araşdırmalar zamanı onlarda sual doğuran məqamlara cavab tapmaları olub. 

 

Münsiflər heyətinin üzvləri - İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Y.Hacıyeva, dosent M.Məhərrəmov, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent F.Əli və Uşaq-yeniyetmələr sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Ş.Balayeva 3 əsas meyarı - mövzunun əhatəliliyi, elektron təqdimatın keyfiyyəti və çıxışı əsas tutaraq tələbələri qiymətləndiriblər.

 

Təhsil aldığı ixtisası ən gözəl şəkildə tanıdan Ruslan Dursunov “Tibb bacısı işi” ixtisası üzrə birinci yerə layiq görülüb. “İctimai səhiyyə” ixtisası üzrə Aişə İbrahimova ikinci, Sevinc Mustafayeva və Familə Babazadə müvafiq olaraq üç və dördüncü yerləri tutublar. 

 

Müsabiqənin sonunda qalib tələbə R.Dursunovkubok, diplom və xatirə hədiyyəsi olaraq qulaqcıqla mükafatlandırılıb. Digər üç tələbə isə kubok, diplom və “Libraff”dan hədiyyə kartı qazanıb. 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub