"Ümummilli Lider və milli səhiyyənin inkişafı" mövzusunda tədbir keçirilib
20.12.2023 15:27

Samux Rayon İcra Hakimiyyətinin və Samux Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Ümummilli Lider və milli səhiyyənin inkişafı" mövzusunda tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, Samux Mərkəzi Rayon Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, həkim və tibb bacıları iştirak ediblər.

 

Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli bildirib ki, Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Onub sözlərinə görə, Ümummilli Liderin rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, islahatlar aparılıb. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb.

 

Direktor qeyd edib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində islahatlar da Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının səhiyyənin inkişafına diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

 

Daha sonra Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova qeyd edib ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, müasir avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi-texniki baza ilə təmin olunub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

 

Çıxış edən digər natiqlər də bildiriblər ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır