Gavalı hansı xəstəliklərə dərmandır?
28.10.2020 09:14

Tərkibi vitaminlərlə zəngin olan gavalı, həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında əvəzolunmazdır. O, immun sistemini qüvvətləndirən ən faydalı meyvələrdən biridir.

 

Aztibb.az xəbər verir ki, gavalının tərkibində şəkər (o cümlədən monoşəkər), turşular, dabbaq maddələri, C, B1, B2, B9 vitaminləri, karotin və P fəal maddələr var. Hər 100 qram meyvənin kaloriliyi 42 kilokaloridir.

 

Elmə 2000 növü məlum olan gavalının ən çox istifadə edilən növü qara gavalıdır. O, güclü antioksidant tərkiblidir.

 

Qurudulmuş gavalıda 50 faizədək şəkər olur. Eyni zamanda, qurudulmuş gavalı keyfiyyətini (xüsusən P vitamini) itirmədiyindən və onları uzun müddət saxlamaq imkanı olduğundan çox qiymətlidir.

 

Müalicə vasitəsi kimi gavalının meyvələri və yarpağı istifadə olunur. Meyvələrin zəngin kimyəvi tərkibi müxtəlif qan sızmaları zamanı, həmçinin hipertoniya, ağciyər iltihabı, vərəm, revmatizm xəstəliklərinin müalicəsində faydalıdır. Xüsusən kaliumla zənginliyi öd və sidikqovucu xüsusiyyətlidir. Kalium, eləcə də əzələlərin yığılması, əsəb impulslarının ötürülməsi, ürək fəaliyyətinin nizamlanması və orqanizmdə turşu-qələvi tarazlığının saxlanması üçün əvəzolunmazdır.

 

Gavalı meyvələrində, xüsusən də tünd rəngli sortlarda sellüloza, pektin, sorbit olduğundan onlar yüngül işlədici, ödqovucu xüsusiyyətlərə malik olmaqla yanaşı, orqanizmdən xolesterini, ağır metalların duzlarını, kanserogen və radiaktiv maddələri çıxarır.

 

Tərkibində yüksək miqdarda kalium olduğundan gavalı meyvələri, hipertoniya və böyrək xəstəlikləri, həmçinin şişkinlik zamanı sidikqovucu kimi təsir göstərərək (artıq suyu və xörək duzunu orqanizmdən çıxarır) xəstələrin əhvalını yaxşılaşdırır.

 

Lətlə birgə çəkilmiş təzə gavalı şirəsi bal ilə qarışdırılaraq mədə-bağırsaq, böyrək xəstəlikləri, revmatizm, podaqra, ürək-damar pozuntuları və qəbizlik zamanı istifadə olunur.

 

Gündə 1/3 – 1/2 stəkan şirə bir xörək qaşığı bal ilə yeməkdən qabaq içilir. Səhərlər acqarına içilən gavalı şirəsi orqanizmi təmizləyir.

 

Qurudulmuş meyvələr qanazlığı zamanı müalicəvi əhəmiyyətə malikdir.

 

Gavalı yarpağı irinli yaraların, gec sağalan yara və xoraların sağalması üçün də istifadə edilir.

 

Gavalı çayının hazırlanması:

1 fincan qaynadılmış suyun içinə 5-6 ədəd qara gavalı qurusu atın və 5 dəqiqə dəmlənməsini gözləyin. İlıq formada istifadə edin.

 

1 ədəd (45 qr) qara gavalının qida dəyəri:

Karbohidrat: 4,94 qr

Protein: 0,07 qr

Yağ: 0,23 qr

Lif: 0,99 qr

Xolesterol: 0 mq

Sodium: 1,35 mq

Kalium: 63 mq

Kalsium: 3,6 mq

A vitamini: 135 iu

C vitamini: 2,16 mq

Dəmir: 0,05. 

ÇOX OXUNANLAR
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir     
Abşeron Rayon Mərkəzi Xəstəxanasında nevroloqu Elçin Rəhimli - “Həkimlərimizi tanıyaq!” rubrikası 
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İSİM-in nümayəndələri